
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Tvente" Bakıda dəstəksiz qalmayacaq.
Ağdam klubunun sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, Niderland təmsilçisini ölkəmizdə dəstəkləmək üçün 150 qonaq azarkeşin Azərbaycana gələcəyi gözlənilir:
Bundan başqa, 5 qonaq media nümayəndəsi də qeydiyyatdan keçib.
Qeyd edək ki, "Tvente" komandası Bakıya sabah gələcək.
"Qarabağ" - "Tvente" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Ağdam təmsilçisi ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.
Mirağa