16:11 24.08.2026 203

"Fanat.Az Liqası"nda 2-ci turun qalibi həmkarımız oldu

Azərbaycan Premyer Liqası üzrə "APL Fantasy"-də ikinci turun qalibi müəyyənləşib. 

"Fanat.Az Liqası"-nın növbəti qalibi həmkarımız Rəşad Yusifov olub. 

İdman jurnalisti olan Rəşad bəy turda 92 xal toplayaraq 500-dən çox iştirakçının yer aldığı liqamızda hamını qabaqlayıb.

Beləliklə, özünün "Neftçi Çempion!" komandası ilə ilk turun qalibi olan Yusifov Fanat.Az tərəfindən həftənin qalibi üçün nəzərdə tutulan 50 AZN pul mükafatına sahiblənib. 

Rəşad Yusifov Fantazi həvəskarıdır və illərdir müxtəlif platformalarda özünü sınayır:

"Əslində, Fantazini uzun illərdir oynayıram. 2017/18 mövsümündən isə Rusiyanın ən böyük Fantazi platforması sayılan "Sports.ru" saytında ciddi və davamlı şəkildə oynamağa başlamışam. Orada TOP-5 çempionatlarında, Çempionlar Liqası və Avropa Liqasında, Rusiya, Türkiyə, Portuqaliya, Niderland yüksək liqalarında, həmçinin Çempionşipdə hər mövsüm mübarizə aparıram. Ümumən 52 dəfə mövsümün sonunda ilk "100-lüy"ə düşmüşəm. 13 il ərzində hesablanan reytinqdə 20 min iştirakçı arasında ekspertlərin sıralamasında 39-cu yerdəyəm. Onların çoxu da sırf məndən 2-3 mövsüm daha tez oynamağa başladıqlarına görə əlçatmazdırlar. Sevindirici haldır ki, həmin platformada onlarla azərbaycanlı da oynayır. Onlar arasında ən yüksək reytinq məndədir. Həmçinin İngiltərə Premyer Liqasının saytında da Fantazi oynayıram. Bu yaydan rusiyalı yaxın dostumun hazırladığı yeni Fantazi saytında da qüvvəmi sınayıram. Bir sözlə, bu sahəyə marağım çox böyükdür.

İndiyə qədər qalib olub-olmamağa gəlincə, Rusiya Fantazi platformasının fərdi yarışlarında bunu etmək çox çətindir, çünki dediyim kimi, orada 10-15 min insan yarışır. İllər əvvəl onların sayı 20, pik mövsümlərdə isə hətta 24 minə çatmışdı. 4 dəfə qalib olmağa çox yaxın olmuşam, lakin hələlik bu hədəfə çata bilməmişəm. Əvəzində komanda turnirlərində uğurlarım çox olub. Həmin platformada ən güclü və titullu sayılan "The Avengers" klubunun üzvüyəm. Onlardan təklif gələndə çox düşünmədim, çünki həm bu sahədə Rusiya üzrə bir nömrədirlər, həm də "The Avengers" ilə bağlı filmlərin də fanatıyam".

Həmkarımız "APL Fantasy" platformasını çox bəyənib: 

"Azərbaycan Premyer Liqasının bu platformaya daxil edilməsini əla qarşıladım. Çox xoş sürpriz oldu. Uzun illərdir bunu istəyirdim, hətta Rusiyadan olan dostlarla dəfələrlə bu barədə müzakirələr aparmışıq. Ötən il onlar Azərbaycan çempionatının Fantazisini yaratmaq istəyirdilər, hətta bu istiqamətdə müəyyən işlər aparıldı, lakin sonda təəssüf ki, reallaşmadı. Əvəzində, nəhayət, bu yay bizimkilər bu layihəni həyata keçirdilər. Çox düzgün addımdır, belə məhsullar azarkeşlərin futbola olan marağını daha da artırır. Çünki istər-istəməz, komanda quran insanlar oyunları daha çox izləyirlər və seçdikləri futbolçuların performansını diqqətdə saxlayırlar. Ümid edirəm ki, "APL Fantasy" layihəsi uzunmmüdətli olacaq".

Yusifov komanda seçimindən göründüyü kimi, "Neftçi" azarkeşidir:

"Gizlətməyəcəyəm, əsas marağım xarici futboladır. Artıq 25 ildən çoxdur ki, "Real Madrid" və "Spartak"ın (Moskva) azarkeşiyəm. Bu klublar ilə bağlı bütün xəbərləri diqqətdə saxlamağa çalışıram. Amma təbii ki, Azərbaycan futbolu haqda da məlumat yetərincədir, çünki uşaqlıqdan "Neftçi"yə azarkeşlik edirəm. İnşallah, 90 illik yubileyimizdə çempion olarıq!".

Qalibimiz digər iştirakçılara yol da göstərib:

"Komanda seçərkən təkcə bu turu deyil, həmçinin növbəti turun təqvimini də nəzərə alıram. Çünki bunu etməsəm, sonradan 3 əvəzetmə mənə kifayət etməyə bilər. Hər şeydən əvvəl isə futbolçuların son performansını, bu tur qarşılaşacaqları rəqibləri. "Sabah" və "Qarabağ" avrokuboklarda çıxışı davam etdirdiklərinə görə, bu iki komanda ilə bağlı məsələyə də xüsusi diqqət ayırmaq lazım gəlir. Söhbət baş məşqçilərin mümkün rotasiyasından gedir. Bir sözlə, təhlil ediləcək məqamlar çoxdur".

"APL Fantasy" iştirakçılarına Azərbaycan Premyer Liqasının real futbolçularından virtual komanda formalaşdırmaq, hər turun nəticələrinə uyğun xal toplamaq və digər futbolsevərlərlə rəqabət aparmaq imkanı yaradır. Mövsüm ərzində keçiriləcək 33 turun hər birinin yekununda qaliblər müəyyənləşdirilərək mükafatlandırılacaq.

"APL Fantasy" platformasına qoşularaq özünün virtual "Fanat.Az Liqası"nı yaradan Fanat.Az saytı iştirakçılara hər tur qalib olmaq və pul qazanmaq imkanı yaradır. Yəni ilk turda virtual oyunda iştirak edə bilməyən və bu üzdən mövsümün qalibi olmaq yolunda şansını azaldan varsa da, üzülməyə dəyməz. "Fanat.Az Liqası"nın üstünlüyü ondadır ki, yarışa sonradan qoşulan iştirakçılar digər liqalarda mövsümün qalibi olmaq şanslarını çətinə saldıqları halda, bizimlə hər turda qazanc əldə edə biləcəklər. Hər həftə qalib olacaq iştirakçı bizdən 50 manat mükafat qazanacaq. 

Həftəsonu Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları keçiriləcək. Virtual futbol həvəskarı olan, ancaq hələ də yarışdan uzaq qalanları "APL Fantasy"-də "Fanat.Az Liqası"na qoşulmağa səsləyirik. Azərbaycan futbolunu yaxşı tanıdığını düşünən hər kəs öz komandasını yarada və biliyini nəticəyə çevirə bilər. Bunun üçün yalnız bir şərt var. "Telegram" kanalımıza abunə olmaq mütləqdir. 

Dəyərli iştirakçılara hər tur ərəfəsində Premyer Liqa komandalarının itkiləri - zədəli və cəzalıları, yeni transferləri və digər zəruri məlumatları "Telegram" kanalı vasitəsilə çatdıracağıq ki, heyət formalaşdırarkən bu kimi bilgilərdən faydalana, qalib olmaq şanslarını artıra bilsinlər.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 Avqust 2026
19:12

"Fənərbağça" keçmiş müdafiəçisini qaytarır

18:47

Kamran Xappayev Avropa birinciliyində bürünc medal qazanıb

18:13

"Tvente"nin bəhanəsi hazırdır: "Qarabağ" istirahət edir, biz isə..."

17:43

"Qalatasaray" Demiroviçə ilk təklifini göndərdi

17:24

"Beşiktaş" "Yuventus"un ulduzunu hədəfə aldı

17:06

"Bu, ölüm-dirim oyunudur və "Sabah"ın..."

16:48

Nsana Simon "Koper" ilə anlaşdı - RƏSMİ

16:29

"Səbail"dən ayrılan futbolçu digər 1-ci Liqa klubuna keçdi

16:11

"Fanat.Az Liqası"nda 2-ci turun qalibi həmkarımız oldu

15:53

"Tvente"ni Bakıda bu qədər niderlandlı azarkeş izləyəcək - AÇIQLAMA

15:35

"İstənilən rəqiblə görüşdə hədəfimiz yalnız qələbə olacaq" - Füzuli Məmmədov

15:16

"Neftçi"nin futbolçuları zirvədə - STATİSTİKA

14:59

AFFA milli komandalarımızın baş məşqçilərini açıqladı

14:39

Qubada üçüncü "Ulduz Cup" beynəlxalq futbol turniri başlayacaq

14:21

"Mingəçevir" son yoxlama oyununda heç-heçə etdi

14:03

"Tvente"nin Bakıya nə vaxt gələcəyi bilindi

13:44

Əliyev FİFA referisinə çatdı - Hakimliyin mənzərəsi

13:27

Rüfət Abbasov: "90-cı ilimizdə çempion olmaq istəyirik"

13:08

"Neftçi"nin hücumçusunun son vəziyyətinə aydınlıq gəldi

12:50

"Neftçi" çempionluq uğrunda mübarizə apardığını bir daha göstərdi" - Arif Əsədov

12:29

"Trabzonspor" Fabinyonun gəlişini açıqladı - RƏSMİ

12:11

"Cavab görüşü ilk matçdan çox da fərqlənməyəcək"

11:52

"Neftçi" 300-ə darmadağınla çatdı

11:37

O, buna nail olan 39-cu qapıçıdır

11:24

Mövsümdə ilk, "Neftçi" üçün 150-ci

11:10

"Fənərbağça" sabiq oyunçusunu yenidən alır

10:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Vinçenzo İtalyano: "Problem ondadır ki, qol vura bilmirik"

09:48

"Mançester Siti" 18 yaşlı futbolçu üçün 100 milyon avro ödəyəcək

09:25

"Sabahın Ulduzları": "Zirə" "Qarabağ"la bacarmadı - Fotolar/Nəticələr

09:00

Mudrik yeni klub tapdı – "Çelsi" rəsmi transfer təklifi aldı

02:00

La Liqa: "Barselona" darmadağına sevindi

01:33

Super Liqa: Salahın dublu komandasına 3 xal qazandırdı

01:16

A Seriyası: "Milan" səfərdən 3 xalla dönür

00:59

Liqa 1: Yeni mövsümün ilk turuna yekun vuruldu

23 Avqust 2026
23:44

"Bu mövsüm də hədəf avrokuboklardır" - Zaur İsmayılov

23:32

"Çalışacam ki, bir daha sizi məyus etməyim" - Yuri Vernidub

23:18

Kurban Berdıyev "Şamaxı" ilə matçdan sonra belə danışdı

22:58

"Minumum səhvlə və əzmlə oynadıq" - Azər Bağırov

Facebookdan bizi izləməyi unutmayın.
X