
"Dinamo Minsk"in hücumçusu Karen Vardanyan karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Kocaelispor" 22 yaşlı hücumçunun transferi üçün Belarus klubu ilə rəsmi danışıqlara başlayıb.
Belarus milli komandasının da formasını geyinən erməni əsilli hücumçu bu mövsüm "Dinamo Minsk"in heyətində keçirdiyi 13 rəsmi oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə təmsilçisi gənc forvardın transferini qısa zamanda yekunlaşdırmağa çalışır.
Qeyd edək ki, K.Vardanyan UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirilən matçda (4:2) 2 qol vuraraq diqqətləri üzərinə çəkmişdi.
Kamil Xudiyev