
Futbol üzrə Azərbaycanın I Liqa təmsilçisi "Xankəndi" Kristian Kamta Fokunu heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
Hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı kamerunlu futbolçu 2025/2026 mövsümündə Azərbaycanın digər klubu "Difai"də forma geyinib.