
"Yuventus"un qapıçısı Mikele Di Qreqorio karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, italiyalı qapıçı Premyer Liqa təmsilçisi "Bornmut"la anlaşıb.
İngiltərə klubunun rəsmi saytı "Yuventus"un qapıçısı ilə bir mövsümlük icarə müqaviləsi imzaladığını açıqlayıb.
Di Qreqorio ötən mövsüm bütün yarışlarda 37 oyun keçirib və 36 qol buraxıb. 29 yaşlı qapıçı bu oyunların 17-sində qapısını toxunulmaz saxlayıb. Onun Turin klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
"Bornmut" ötən həftə start götürən İngiltərə Premyer Liqasının ilk turunda "Mançester Siti"yə 1:2 hesabı ilə məğlub olub. Mövsümün ikinci oyununda "albalılar" "Everton"la qarşılaşacaq.
Mirağa