
PSJ ulduz futbolçusu Usman Dembelenin müqaviləsini yeniləmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.
Frans klubu 29 yaşlı hücumçu ilə danışıqları davam etdirir.
Futbolçunun yeni müqaviləsi 2029 və 2030-cu ilin yayınadək nəzərdə tutula bilər.
Dembelenin hazırkı sözləşməsi 2028-ci ilin yayınadək qüvvədədir. Ulduz oyunçu 2025-ci ildə "Qızıl top" mükafatına layiq görülüb.
Əlisahib İbrahimli