
Dünən AL-də "Ferentsvaroş"a 0:4 hesab ilə məğlub olan "Trabzonspor" mübarizəni KL-də davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Qara dəniz təmsilçisinin baş məşqçisi Fatih Tekke istefa verdiyini söyləyib.
Türkiyə klubunun rəsmi saytında yayımlanan açıqlamada qeyd olunub ki, Tekke istefa qərarını "Ferentsvaroş"a qarşı oyundakı məğlubiyyətin yaratdığı emosional gərginlik fonunda verib açıqlamada həmçinin bildirilib: "'Trabzonspor" İdarə Heyəti olaraq, baş məşqçi Fatih Tekkenin istefasını qəbul etmədik".
Hətta vurğulanıb ki, "Təcrübəli mütəxəssis baş məşqçi vəzifəsini icra etməyə davam edir və liqada "Amedspor"a qarşı keçiriləcək növbəti oyunda komandaya rəhbərlik edəcək".
Qeyd edək ki, 48 yaşlı çalışdırıcı istefa qərarını "Ferentsvaroş"la matçdan sonra yayımçı kanala verdiyi müsahibədə açıqlayıb.
Əlisahib İbrahimli