
Dünən UEFA Konfrans Liqası pley-off mərhələsinin cavab matçında "Qarabağ" "Tvente" ilə qarşılaşıb. Ağdam təmsilçisi 1:4 hesabı ilə məğlub olaraq, avrokubokla vidalaşıb.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın oyunçusu Bense Varkonyi görüşlə bağlı fikirlərini bildirib:
“Son dəqiqələrdə ikinci qolu buraxmağımız bizi məyus etdi. Yəni baxdıqda, nəticə bizim xeyirimizə idi. Baş verən diqqətsizlik qapımızda qolla nəticələndi. Əlavə vaxtda rəqib oyundakı üstünlüyü tam ələ keçirdi və biz sonda uduzduq. Məğlubiyyət üzücüdür. Artıq irəli baxmalıyıq. Yeni gələn futbolçular da komandaya uyğunlaşmaq üçün çalışırlar. Ancaq bir az vaxta ehtiyacımız var. Futbol belədir, bir gün qalib gəlirsən, bir gün məğlub olursan. Şübhəsiz ki, uduzmağımızı heç kim istəməzdi”.
Əlisahib İbrahimli