
"Mançester Siti" Kodi Qakponu rənglərinə bağlamaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb.
Məlumata görə, "şəhərlilər" vinger üçün 100 milyon avro verməyə hazırdır.
MS-in baş məşqçisi Entso Mareska sol cinah hücumçusunun transferini vacib sayır.
"Mançester Siti" "qırmızılar"a rəsmi təklif göndərməyə hazırdır, lakin "Liverpul" Qakponun yerini dolduracaq futbolçu axtarır.
Niderlandlı oyunçu ötən mövsüm Mersisayd komandasının heyətində 52 matça çıxaraq 9 qol vurub və 6 məhsuldar ötürməyə imza atıb. Hazırkı "futbol ili"ndə 2 oyunda tər tökən Kodi 1 dəfə fərqlənib və 1 assist edib.
Əlisahib İbrahimli