
Misli Premyer Liqasında 3-cü tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, turun son günündə iki matç baş tutacaq.
Əvvəlcə "Araz-Naxçıvan" Qəbələdə "Sabah"ı qəbul edəcək. Ötən turdakı oyunu təxirə salınan, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqdan sonra diqqətini yenidən Premyer Liqaya yönəldən "bayquşlar" səfərdən maksimum nəticə ilə dönməyə çalışacaq.
Tura Sumqayıtda yekun vurulacaq. "Gənclik şəhəri" təmsilçisi "Qarabağ"ı qonaq edəcək. Həftəiçi avrokuboklarla vidalaşan "köhlənlər" daxili çempionata səfərbər olunub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) üstələyib, "Qəbələ" "Şamaxı" ilə heç-heçəyə (0:0) razılaşıb.
Misli Premyer Liqası
3-cü tur
31 avqust
18:00. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Qəbələ. Şəhər stadionu.
20:15. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Sumqayıt. “SOCAR Polymer Arena”.