
Polşa Ekstraklasasında 4 oyundan sonra 0 xalla sonuncu pillədə qərarlaşan və avrokubolardan kənarda qalan "Rakuv" baş məşqçi David Kroçeki istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu gedişat xüsusilə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli üçün gözlənilməz sınaq mənasına gəlir. Məhz David Kroçek Mahiri komandada görmək istəyən, onun transferini rəhbərlikdən tələb edən və hücumçumuza güvənən əsas şəxs idi.
İndi isə Polşa təmsilçisi sükanı slovakiyalı mütəxəssis Pavol Stanyoya tapşırmağa hazırlaşır. Yeni baş məşqçinin gəlişi ilə komandada heyət yenidən formalaşacaq və hücum xəttində rotasiyalara gediləcək.
Kroçekin gedişi və Stanyonun gəlişi fonunda Mahirin əsas heyətdəki yerini qoruyub-saxlamayacağı və yeni taktikaya uyğunlaşıb-uyğunlaşmayacağı Polşa mətbuatında artıq əsas müzakirə mövzusuna çevrilib.
Kamil Xudiyev