
"Qalatasaray" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızılar" "Leyptsiq"dən El-Şaday Bitşiabunu transfer edib.
İnformasiyanı klubun mətbuat xidməti yayıb.
Məlumata görə, oyunçu və klubu ilə rəsmi görüşmələr aparılıb.
Futbolçu artıq İstanbuldadır.
21 yaşlı müdafiəçi Almaniya klubuna 2023-cü ildə qatılıb. 48 matça çıxıb və heç bir məhsuldarlıqla yadda qalmayıb.

Əlisahib İbrahimli