
Bu gün Misli Premyer Liqasında 4-cü tur başa çatacaq.
Fanat.Az xəbər verir ki, əvvəlcə “Turan Tovuz” “Sumqayıt”ı qəbul edİb. Meydan sahibləri əzmkar qələbəyə seviniblər (2:1).
Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Filipe Kandido fikirlərini jurnalistlərlə bölüşüb:
“İlk təəssüratlarım bu yöndədir ki, nəticə oyuna görə olmadı. Bu gün xal və xallar qazana bilərdik. Baş məşqçi kimi nəticədən narazı olsam da, oyunumuzda gördüyüm irəliləyiş məni qane etdi. Düşünürəm ki, qarşıdakı matçlarda daha da yaxşı oyun nümayiş etdirəcəyik. Oyun ərzində bir neçə real epizodumuz oldu. Təəssüflər olsun ki onları qola çevirə bilmədik. Düşünürəm ki komandamda çatışmayan cəhət məhz budur. “Turan Tovuz” kimi iddialı kollektivlərə qarşı belə epizodları dəyərləndirə bilməyəcəksənsə, bu cür nəticə qaçılmazdır”.