
FIFA prezidenti Canni İnfantino 2027-ci ilin martında keçiriləcək seçkilərdə yenidən prezidentliyə namizəd olacağını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
Bu qərar FIFA-nın turnirlərində özəl investorların 20%-lik pay alması ilə bağlı mübahisəli planın iyul ayında dayandırılmasından sonra gəlib.
Məlumata görə, hazırda İnfantinoya qarşı rəsmi namizədliyini elan edən başqa şəxs yoxdur. Bununla belə, UEFA, AFC və CONCACAF daxil olmaqla bəzi konfederasiyalarda onun istefasını tələb edən çağırışlar səslənib.
Əlisahib İbrahimli