
2-ci Liqada mübarizə aparan "Difai"nin futbolçusu Emil Binyətzadə 4 oyunluq diskvalifikasiya edilib.
Fanat.Az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin son iclasında çıxarılıb.
Binyətzadə 2-ci turda "Marafon" qarşı keçirdikləri matçın 90+4-cü dəqiqəsində qeyri-etik ifadə və hərəkətə yol verdiyi üçün qırmzı vərəqə alıb. O, daha sonra hakimləri təhqir etdiyi üçün 4 matçlıq cəza ilə üzləşib. "Difai" isə 1000 manat cərimələnib.
Bundan başqa, Emilin komanda yoldaşı Fəzail Şirxanzadə 83-cü dəqiqədə ikinci sarı vərəqəni görərək meydandan qovulub və 1 matç cəza alıb. "Fədailər" bu səbəbdən daha 50 manat ödəməli olacaq.