
Türkiyə Super Liqasında 5-ci turun oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, açılış matçında "Beşiktaş" doğma azarkeşləri önündə "Ərzurumspor"u qəbul edib.
Meydan sahibləri darmadağına sevinib (3:0). "Beşiktaş"ın qollarını E. Topçu, L. Trossard və İ. Fakılı vurub.
İcarə əsasında "Ərzurumspor"da çıxış edən Nəriman Axundzadə isə görüşə ehtiyat oyunçular skamyasında başlayıb və matçın sonunadək şans qazanmayıb.
Bu məğlubiyyətdən sonra 4 xalda qalan "Ərzurumspor" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.