
UEFA Avropa Liqasında Liqa mərhələsinin 1-ci turu davam edir.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha 9 oyun keçiriləcək.
Türkiyə təmsilçisi "Beşiktaş" evdə ilk sınağına çıxacaq. İstanbul nəhəngi "Olimpik Marsel"i qəbul edəcək.
Bundan başqa, İtaliya nəhəngi "Yuventus" "Neymegen"i, İspaniya təmsilçisi "Real Sosyedad" isə İngiltərənin "Bornmut" klubunu sınağa çəkəcək.
Qeyd edək ki, turun digər oyunları ötən axşam keçirilib. Liqa mərhələsində 2-ci turun oyunları oktyabrın 15-də baş tutacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur
17 sentyabr
20:45. "Levski" (Bolqarıstan) – "Zaltsburq" (Avstriya)
20:45. OFİ (Yunanıstan) – "Hoffenhaym" (Almaniya)
23:00. "Beşiktaş" (Türkiyə) – "Olimpik Marsel" (Fransa)
23:00. "Yuventus" (İtaliya) – "Neymegen" (Niderland)
23:00. "Real Sosyedad" (İspaniya) – "Bornmut" (İngiltərə)
23:00. "Kristal Pelas" (İngiltərə) – "Lex" (Polşa)
23:00. "Seltik" (Şotlandiya) – "Ferentsvaroş" (Macarıstan)
23:00. "Viktoriya" (Çexiya) – "Yunion" (Belçika)
23:00. "Lillestrem" (Norveç) – "Torreense" (Portuqaliya)