
“Arsenal” “Real Madrid”in braziliyalı hücumçusu Rodriqonun transferi ilə bağlı marağını davam etdirir.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Mənbənin məlumatına görə, London klubu 25 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayır və onun vəziyyətini yaxından izləyir.
“Arsenal” Rodriqonu uzun müddətdir istəyir və daha əvvəl də onun transferi ilə bağlı danışıqlar aparıb. London təmsilçisi braziliyalını xüsusilə hücumun sol cinahını gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir.
Rodriqo hazırda mart ayında aldığı ön çarpaz bağ zədəsindən bərpa olunur. Futbolçunun artıq qaçış məşqlərinə başladığı və ilin sonuna qədər meydana qayıtmağa ümid etdiyi bildirilir. “Real Madrid” isə onun qayıdışına daha ehtiyatlı yanaşır və yanvar ayını mümkün dönüş vaxtı kimi nəzərdən keçirir.
Əlisahib İbrahimli