
Azərbaycan 2-ci Liqasında 4-cü tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk günündə 2 oyun baş tutub.
Lider "Şirvan" evdə "Şəki" ilə qarşılaşıb. İlk üç turdan maksimum nəticə ilə ayrılan meydan sahibləri növbəti qələbəsini darmadağınla əldə edib və zirvədə möhkəmlənib.
Günün digər matçında iddialı iki komanda münasibətlərinə aydınlıq gətirib. "Marafon" "Ağstafa Gəncləri" ilə üz-üzə gəlib. Şamaxıda oynanılan görüşdən Sabirabad təmsilçisi 3 xalla ayrılıb.
Qeyd edək ki, tura sabah “Ağdaş” – “Zəngəzur”, “Hypers” – “Dinamo”, “Kür-Araz” – “Difai” və “Qaradağ Lökbatan” – “Şəmkir” oyunları ilə yekun vurulacaq.
Azərbaycan 2-ci Liqası
4-cü tur
20 sentyabr
“Şirvan” – “Şəki” 6:0
Qollar: A.Yunanov, 5, 13, 28, 76. Ç.Məmmədov, 38. E.Məmmədov, 42.
“Marafon” – “Ağstafa Gəncləri” 2:1
Qollar: E.Quluzadə, 23. F.Nadirov, 38 - R.Süleymanov, 56.