
İspaniyanın “Real Madrid” klubu yarımmüdafiəçisi Cud Bellinqemlə yeni müqavilə imzalamağa çox yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Nikolo Şira yayıb.
Məlumata görə, tərəflər arasında yeni sözləşmənin 2032-ci ilin yayına qədər qüvvədə olması gözlənilir.
23 yaşlı ingiltərəli futbolçunun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi isə 2029-cu ilin yayında başa çatır.
Qeyd edək ki, Bellinqem 2023-cü ildən “Real Madrid”in formasını geyinir. O, “Kral klubu”nun heyətində keçirdiyi 147 oyunda 49 dəfə fərqlənib və 36 məhsuldar ötürmə ilə yadda qalıb.