
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp Millətlər Liqasının 2-ci turunda Yunanıstana məğlubiyyətdən (0:1) sonra fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı almaniyalı mütəxəssisin dedikıərini belə çatdırıb:
"Bugünkü matçda heç-heçəni sakit qəbul edə bilərdim, amma məğlubiyyət amansızdır. Düşünmürəm ki, biz buna layiq idik. Amma hər halda oldu - bu, futboldur. Yunanıstanın bu gün üçün öz oyun planı var idi. Onları təbrik edirəm.
Etdiyimiz işlərdə daha inamlı olmalıyıq. Sonra hər şey yaxşı olacaq.
Bu oyundan çoxlu faydalı şeylər götürə bilərik. Mütləq bunu edəcək və səhvlərimiz üzərində işləyəcəyik".
Bu, Almaniya millisinin Kloppun baş məşqçi təyinatından sonra ilk məğlubiyyəti idi.
Mirağa