
AFFA-nın futzal departamentinin meneceri Fərrux Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.
O, DÇ-2028-in əsas mərhələsində keçiriləcək Qazaxıstan – Belarus oyununun UEFA nümayəndəsi olacaq.
Oyun oktyabrın 20-də, saat 19:00-da Astana şəhərindəki “Jakpe-Jek Hall”da baş tutacaq.