11:46 30.09.2026 170

"Lixtenşteynin əks-hücum etmək şansı yüksək olacaq" - Aslan Kərimov

Azərbaycan millisi növbəti oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.

Yığmamızın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb Lixtenşteynlə matçdan gözləntilərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyundan öncə də qeyd etmişdim ki, rəqibimiz ən azından bizim səviyyədədir və eyni potensiala malik iki komanda qarşılaşır. İlk görüş də onu göstərdi ki, hər iki komanda zaman-zaman oyunun müəyyən hissələrində üstünlük əldə edə bilirdi. İlk hissəni ümumilikdə götürsək, litvalıların aktivinə yazmaq olar. Həm ilk 15 dəqiqəyə yaxşı başladılar, həm də oyunçularımızda olan məsuliyyət və təzyiq bir qədər onların konsentrasiyasına təsir etmişdi. Nəticədə, durduğumuz yerdə tez-tez top itkilərinə yol verdik və son həddə bu penaltiyə səbəb oldu. Yaxşı tərəf o idi ki, hissənin sonuna yaxın artıq toparlanmağı bacardıq. Yavaş-yavaş meydanın mərkəzini ələ keçirməyə çalışırdıq və əslində qol da vurduq. Amma yenə də deyirəm, oyun elə gedirdi ki, bəlli intervallarda rəqibimiz üstünlük təşkil edirdi; meydanın mərkəzində kombinasiyalı şəkildə, cinahlardan hücumlar qururdular. Matçın müəyyən bir hissəsində isə biz presinq edirdik, onların oynamasına imkan vermirdik və daha çox uzun ötürmələrlə oynamağa məcbur edirdik. Beləliklə, üstünlük tərəzisi gah o tərəfə, gah da bu tərəfə əyilirdi. Amma ikinci hissənin böyük faizini daha yaxşı oynadıq və effektiv hücumlarımız alındı. Xüsusən Abdullazadə meydana girəndən sonra onun driblinqindən istifadə edib qol imkanı yaratdıq. Lakin bu imkanları reallaşdırmaq baxımından əziyyət çəkirik. Belə oyunlarda bu cür situasiyaları qola çevirməyə məcburuq. Yaratmadığımız halda isə nəticə etibarilə bir penalti ilə bərabərə qaldıq. Ümumi götürsək, rəqib meydançasında qazandığımız bir xaldan sonra əminəm ki, cavab oyununda Litva ilə artıq evdə qarşılaşacağıq onları məğlub edə bilərik. Azarkeşlər də bizə dəstək olar. Digər tərəfdən, rəqibin Azərbaycana gəlməli olmaları yorğunluq fonunda oyunçulara istər-istəməz təsir göstərəcək. Təbii ki, qeyd etdiyim təyyarə ilə 2-3 saata bura gəlib çıxmaqları xırda detaldır və böyük təsiri yoxdur, amma bütün bunlar cavab oyununda vacib olacaq. Məncə, rəqibdən üç xal almağı bacaracağıq. İstər səfərdə, istərsə də evdə oynayaq, Lixtenşteynlə matçda artıq üç xal qazanmalıyıq. Bunun üçün bütün potensialımız var. Mənim qorxum o idi ki, Litva ilə matçda məğlub olsaydıq, Lixtenşteynlə görüşə köklənmək baxımından problemlər yaşaya bilərdik və bizə çətin olardı. Lakin ən azından məğlub olmamışıq. Mənə elə gəlir ki, oyunun ikinci hissəsində litvalıları üstələdik. Fiziki baxımdan onlarda artıq yorğunluq görünürdü və demək olar ki, topu hara gəldi vururdular. Bu nəticə futbolçularımızda bir qədər də inam yarada bilər ki, bu turnirin qalibi ola, qrupda birinci yeri tuta bilərik. Lixtenşteynlə matçda evdə oynayacağıq, dominant və topa daha çox sahib olmalıyıq. Lakin onların da əks-hücum etmək şansları yüksək olacaq. Bunlara hazır olmalıyıq. Məncə, Ayxan Abbasov da artıq lazımi tədbirləri görüb. Əminəm ki, Lixtenşteynə qol və ya qollar vuracağıq".

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Sentyabr 2026
13:40

Cavadovdan qələbə şərhi: "Hesab daha böyük ola bilərdi"

13:21

"Son mövsümüm ola bilər" - Olivye Jiru

13:02

Ödeqor millinin məşqində iştirak etmədi

12:43

"Oyuna istədiyimiz kimi başlaya bilmədik, əsas problemimiz bu oldu" - Pərviz Bayramov

12:24

"O, buna layiqdir" - Karlo Ançelotti

12:05

"Sabahın Ulduzları"nda bu gün qaliblər müəyyənləşəcək

11:46

"Lixtenşteynin əks-hücum etmək şansı yüksək olacaq" - Aslan Kərimov

11:27

"Udineze" Zaniolo haqda açıqlama yaydı

11:08

"Roma" Dibala ilə Molinanı Messinin vida matçına buraxmadı

10:49

AFFA nümayəndəsi beynəlxalq oyuna təyinat aldı

10:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:12

"Sabahın Ulduzları": "Neftçi" "bürünc"ü əldən verdi, "Qarabağ" "lotoreya"da sevindi - FOTOLAR

09:51

"Mingəçevir reqatası-2026": İkinci mərhələ start götürür

09:30

AÇ-2027: Azərbaycan millisi Şotlandiya ilə qarşılaşır

09:00

MLS klubu Tomas Müllerlə bağlı qərarını verdi

01:53

"Qalatasaray"dan Viktor Osimhen planı

00:54

Millətlər Liqası: İspaniya darmadağına sevindi, İngiltərədən inamlı qələbə

29 Sentyabr 2026
23:57

Yamal İspaniya millisinin əfsanələrini geridə qoydu

22:43

"Mançester Yunayted"dən yeni hücumçu həmləsi

22:06

"Arsenal" Viktor Dyökereş transferində son sözünü dedi

21:44

Azərbaycan Üzgüçülük Federasiyası rəsmi maskotlarını açıqlayıb

21:14

Fransalı ulduz İngiltərə klubuna transfer olunacaq?

20:43

Azər Əzimov "Sumqayıt"da - RƏSMİ

20:13

“Şəfa” klubunun prezidenti Xuan Laporta ilə həmsöhbət olub

19:38

U-19 1-ci Liqanın lideri ilə bərabərliyə razılaşdı

19:11

"Real Madrid" və "Barselona" gənc istedadla maraqlanır

18:46

Azərbaycan Su İdmanı Federasiyasının yeni loqosu təqdim olunub

18:08

Altı Premyer Liqa nəhəngi "Barselona"nın ulduzunu istəyir

17:46

2-ci Liqa: "Marafon" da qələbə qazandı, "Qaradağ Lökbatan" da

17:23

"Mingəçevir Reqatası-2026"nın Füzulidə keçirilən mərhələsində qaliblər mükafatlandırıldı

17:06

Misli Premyer Liqası: 9-cu turun təqvimi bilindi

16:45

Rafinya millinin oyununda zədələndi

16:26

"Bu mövsüm ən azı 15-20 qol vurmaq şəxsi hədəfimdir" - İbrahim Əliyev

16:08

İtaliyada baş məşqçi istefası reallaşdı

15:50

İlkin Qırtımov karyerasını bitirdiyini açıqladı

15:31

"Mingəçevir reqatası-2026": Azərbaycan təmsilçiləri ilk gündə 4 medal qazandılar

15:12

"Qarabağ" - "Neftçi" matçının vaxtı bəlli oldu

14:54

"Gəncəbasar" növbəti ev oyununu Gəncədə keçirməyəcək - SƏBƏB

14:35

MOİK-in fasilə dönəmindəki planı dəyişdi

14:16

"Özümüzü C Liqasına layiq sayırıqsa..." - Nadirov Litvadakı matçda hansı futbolçunu bəyənmədiyini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X