
Qazaxıstan millisinin və Sankt Peterburq "Zenit"inin mərkəz müdafiəçisi Nurali Alip yay transfer pəncərəsində klubunu dəyişməyə yaxın olub.
Fanat.Az xəbər verir ki, "Neftçi" 26 yaşlı futbolçunu tam transfer etmək üçün Rusiya nəhənginə rəsmi müraciət edib.
Lakin paytaxt təmsilçisinin təklifi "Zenit" rəhbərliyini qane etməyib və Rusiya klubu Qazaxıstan yığmasının kapitanı ilə yolları ayırmaq istəmədiyini bəyan edib.
Beləliklə, Sankt Peterburq təmsilçisi ilə 2028 ci ilin iyununa qədər müqaviləsi olan təcrübəli stoperin Bakı klubuna keçidi baş tutmayıb.
Qeyd edək ki, "Neftçi" Azərbaycan çempionatında yeni mövsümə uğurla başlayaraq keçirdiyi 6 matçdan 5-də qalib gəlib və turnir cədvəlinə başçılıq edir.
Kamil Xudiyev