
Fanat.Az "Sabahın Ulduzları" turnirinin qalibi "Ulduz Futbol Akademiyası" komandasının baş məşqçisi İlyas Qurbanovun qələbə hisslərini diqqətinizə çatdırır:
"Gözəl təşkil olunmuş çempionatda gözəl oyun, gözəl finalın şahidi olduq. Təşkilatçılıq alqışalayiqdir. Belə turnirlərin davamlı olması Azərbaycan milli komandasına yeni futbolçular yetişdirməyimizə təkan verəcək. Son 1 ayda futbolçularla normal məşq edə bilmirdik, futbolçularımızın əksəriyyəti milli komandada idi. Uşaqlarda yorğunluq hiss olunurdu. Komandamdan tam razıyam. İstedadlı oyunçularımız çoxdur. Biz çalışacağıq ki, onlar daha yaxşı yerlərə gəlib çıxsınlar."