
2-ci Liqa təmsilçisi "Marafon" həftəsonu baş tutacaq 6-cı turun oyununa bir itki ilə çıxacaq.
Bunu Fanat.Az-a Sabirabad təmsilçisinin baş məşqçisi Ceyhun Cavadov deyib.
Liderin ən yaxın izləyicisi olan bölgə təmsilçisi "Hypers"lə səfər matçına "8 nömrə"siz çıxacaq. Zədəli yarımmüdafiəçi Elmar Rəhimov komandanın məşqlərinə məhz "Hypers"lə oyundan sonra qoşulacaq.
Qeyd edək ki, "Hypers" - "Marafon" oyunu bazar günü Bərdə şəhər stadionunda baş tutacaq və saat 15:00-da başlayacaq.
Beş turdan sonra hesabında 13 xal olan "Marafon" liderdən 2 xal geri qalırsa, "Hypers" (6 xal) 6-cı yerdə qərarlaşıb.
Mirağa