Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, həlledici görüşdə "Baku Fire" ilə "Neftçi İK" komandaları qarşılaşıblar.
5:0 hesabı ilə qalib gələn "Baku Fire" kuboku başı üzərinə qaldırıb.
Bakı İdman Sarayında keçirilən qarşılaşmada qolları Oruc Baxşəlizadə, İaqo Henrique, Tofiq Əliyev (2) və Elvin Quliyev vurublar.