Final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raund mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderland komandaları ilə qarşılaşacaq.
Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Milli elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib meydanında qoyacaq.
Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.
A qrupu
Qazaxıstan
Rumıniya
Azərbaycan
Niderland
B qrupu
Ukrayna
Polşa
Serbiya
Belçika
C qrupu
Xorvatiya
Slovakiya
Fransa
Almaniya
D qrupu
İspaniya
İtaliya
Sloveniya
Çexiya
E qrupu
Portuqaliya
Gürcüstan
Ermənistan
Finlandiya