Azərbaycanı futzal üzrə Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" bu gün ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, A qrupunda yer alan Vitali Borisovun baş məşqçi olduğu komanda Türkiyə çempionu "İstanbul Şişli" ilə qarşılaşıb.
Latviyada təşkil olunan qrupun açılış oyununda təmsilçimiz 9:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, sabah "Araz-Naxçıvan" "Yan Reqensburq"la üz-üzə gələcək.
23 avqust
“Araz-Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə) 9:1
Qollar: Katatau, 3:25, Xətai Bağırov, 5:53, Lazar Milosavljeviç, 15:49, Amadeu, 21:35, 22:49, 30:05, İsa Atayev, 27:29, 33:05, Erik Dannilo, 35:52 - Sadettin Çamcı, 39:10.