19:27 01.02.2024 371

Mərkəzi oyunda seriya qırıldı, U-19-dan ilk qələbə

Bu gün futzal üzrə Yüksək Liqada qış fasiləsi başa çatıb.

Fanat.Az xəbər verir ki, 2024-cü ilə derbi ilə start verilib.

Hesabı nominal meydan sahibləri açsa da, “Baku Fire” ardıcıl 3 qol vurmaqla üstünlüyü ələ alıb. Düzdür, “Neftçi” yenidən fərqi azaltmağı bacarıb, amma fasiləyə qədər nominal qonaqlar daha iki dəfə rəqib torunu silkələyib. İkinci hissə daha sürətli, gərgin və bir qədər də dramatik keçib. “Neftçi” bu dəfə rəqibindən daha çox qol vurub. Hətta qırmızı vərəqə da “ağ-qaralar”ın fərqi minimuma endirməsinə mane olmayıb. Matçın taleyini isə “Neftçi”nin gənc qolkiperi Zaur Sultanovun səhvi həll edib. Topu qəbul edərkən səhvə yol verən qolkiper Kənan Manafovun fərqlənməsinə imkan yaradıb. Yekunda qələbə qazanan “Baku Fire” cari mövsümdəki heç-heçə seriyasını qırmış olub. Belə ki, bu komandalar arasında 1-ci və 2-ci dövrədə keçirilən oyunlar 5:5 hesabı ilə yekunlaşmışdı.

“Araz-Naxçıvan”ın “Yasamal Bakı” ilə dueli daha çox yeniləri tanımaq baxımından maraqlı olub. Lider finişə zirvədə çatmaq üçün qış fasiləsindən maksimum yararlanmağı bacarıb. Elə yenilərdən 3-ü fərqlənməklə komandasına faydalı olacaqlarını göstərib.

Turun son matçı U-19-un böyükhesablı qələbəsi ilə əlamətdar olub. Bu, gənclər yığmamızın cari mövsümdə ilk qələbəsi idi.

Neftçi İK – Baku Fire 4:6
Qollar: Amir Şojaei, 4:02, Fərid Atakişiyev, 17:12, Alireza Bayat, 22:54, Vahib Xocayev, 36:26 - Kənan Manafov, 10:00, 38:32, Murad Quluzadə, 10:42, İaqo Henrique, 14:00, Oktay Rüstəmli, 17:36 (pen.), 18:46.
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Hidayət Feyzullayev
Hakim-inspektor: Murad Məmmədov

“Araz-Naxçıvan” – “Yasamal Bakı” 8:0
Qollar: Katatau, 9:23, Xəzər Ağalızadə, 9:49, 27:56, Andre Junior, 12:43, 29:17, Lukas Romao, 32:40, Miloş Todoriç, 36:11, Həsənəli Rəhimov, 39:40.
Hakimlər: Ceyhun Hüseynov, Hacıəli Ağayev, Məmmədəli Kərimov
Hakim-inspektor: Ramiz Əsədov
 
Record – U-19 2:11

Qollar: Arzu Abbasov, 15:12, Rasim Mikayılov, 30:18 // İlham Alıyev, 0:20, 20:28, 23:00, Pünhan Qasımzadə, 8:48, Qüdrət Qasımzadə, 21:42, Oqtay Mahmudzadə, 24:39, Rəvan Məşiyev, 28:03, 36:48, Rüfət Məmmədli, 33:43, Hüseyn Cəfərzadə, 36:33, Ümid Qəhrəmanov, 38:38.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, İmran Məhərrəmov
Hakim-inspketor: Füzuli Nəcəfov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
14:58

Tapşırıq gəldi, "Neftçi" 200 nəfəri işə cəlb etdi

14:40

"Sabah"ın rəqibi yeni yarımmüdafiəçi transfer etdi

14:21

"Şamaxı"dan 2 məşqçi getdi - Biri "Mingəçevir"ə, o biri...

14:02

Dyökereş İngiltərə nəhəngi ilə 5 illik müqavilə bağlayacaq - SON DURUM

13:44

Əzizov əsas komandada, "Neftçi" bosniyalını gözləyir

13:28

"Mahir Bundesliqanın orta səviyyəli komandalarında da oynaya bilər" - Xaqani Məmmədov

13:10

Əfsanəvi forvardın Avroliqada çıxış edəcək kluba keçidi rəsmiləşdi

12:53

Namik Ələsgərov Türkiyəyə qayıda bilər - AÇIQLAMA

12:34

"Neftçi" İqor Ribeyro ilə müqavilə bağladı - RƏSMİ

12:11

"Səbail" futbolçusunu "Şamaxı"ya buraxmadı

11:51

Azərbaycan parateakvondoçuları Cənubi Koreyaya yollandılar

11:33

"Araz-Naxçıvan"ın rəqibi xorvat oyunçu ilə gücləndi

11:14

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:58

Azərbaycanın 2 boksçusu Dünya Kubokunun 1/4 finalına yüksəldi

10:42

"Kəpəz" hazırlığa əvəzedici komandanın üzvləri ilə başladı - AÇIQLAMA

10:24

Yeni klubu Lyakazettin keçidini açıqladı

10:06

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

Klublararası dünya çempionatı: 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşdi

09:23

Kamal Quliyev aşağı liqaya düşən kluba baş məşqçi təyin olundu

09:00

"Borussiya Dortmund" meksikalıları məğlub edib "Real"a rəqib oldu

01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X