Viymsi qəsəbəsini təmsil edən "Qarabağ" futzal üzrə Estoniya çempionatını mükafatla başa vurub.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 3-cü yer uğrunda matçda "Reyvens Futzal"ı 3:0 hesabı ilə üstələyərək turnirin bürünc medallarına sahib çıxıb.
"Qarabağ"ın qollarına Yuri Dmitrienko və Vitali Kateryunin (2) imza atıblar.
Sabah "Sıle" idman mərkəzinin meydanında Estoniya birinciliyinin qalibi müəyyənləşəcək. Həlledici qarşılaşmada "Bunker Partnyor" (Tallin) ilə "NPM Silmet" (Sillamyae) üz-üzə gələcəklər.
Nihat