UEFA Çempionlar Liqasına hazırlaşan “Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarını davam etdirir.
Fanat.Az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, son çempion Serbiya millisinin üzvü ilə anlaşıb.
Marko Prşiç yeni mövsümdə “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq. Yeri gəlmişkən, 33 yaşlı müdafiəçi ilə “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov vaxtı ilə Serbiyanın “Ekonomaç” klubunda birgə çıxış ediblər. Futzalçının sonuncu klubu Küveyt “Al Arabi”si olub.
Qeyd edək ki, braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan), Giovanni Valerio “Torreense” (Portuqaliya), İlham Alıyev (U-19) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.