Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, yer aldığı H qrupunda son oyununa çıxan təmsilçimiz İsveçin “Uddevalla” klubu ilə qarşılaşıb.
Rəqibinə 3:4 hesabı ilə yenilən Naxçıvan təmsilçisi ÇL-lə vidalaşıb.
Qeyd edək ki, reqlamentə əsasən, ancaq qrup qalibi əsas mərhələyə yüksəlir. "Araz-Naxçıvan" Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” (7:1) və Estoniya çempionu “Sillamae Silla” (7:0) üzərində qələbə qazansa da, bu zəfərlər işə yaramayıb.