00:01 05.05.2020 1921

“İnturist”dən qazandığını futzala xərcləyən rəis

(mərhum Ağarza Rzayevə həsr olunur)

Martın sonunda, konkret 29-da Azərbaycan futzalına ağır itki üz verdi. Futzal Federasiyasının sabiq prezidenti, İcraiyyə Komitəsinin üzvü Ağarza Rzayev 66 yaşında dünyasını dəyişdi. Koronavirus təhlükəsinə görə ictimaiyyət veteranı son mənzilə layiqli şəkildə uğurlaya bilmədi. Gələn həftənin ortalarında isə qırx mərasimi olacaq...

Mərhumla tez-tez də olmasa, müntəzəm əlaqə saxlayır, imkan düşəndə, xüsusən də futzal oyunlarına gedəndə görüşürdük. Sonuncu dəfə ad günümdə - ölümündən iki həftə əvvəl əlaqə saxlayıb təbrik etdi. Ağarza müəllim təkcə (keçmiş) futzal funksioneri deyildi. Necə böyük hörmət sahibi olduğunu qarşılaşdığı insanların onunla necə görüşməsindən görmək olardı. Eşitdiyimə-bildiyimə görə, veteranlara, futzalçılara, əlsiz-ayaqsızlara, imkansızlara dəfələrlə əl tutub. Həm xasiyyəti, həm dinə bağlılığı ilə əsl Hacı idi. Yeri gəlmişkən, müqəddəs ziyarətdə bir neçə dəfə olmuşdu.

Qısaca tərcümeyi-halına nəzər salaq: Ağarza Xanəhməd oğlu Rzayev 1954-cü il yanvarın 22-də Bakı şəhərində anadan olub. 1971-ci ildə 173 saylı orta məktəbi bitirib. 1981-86-cı illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Müxtəlif illərdə "Spartak”, "Avtomobilçi” komandalarında futbol oynayıb. 1994-99-cu illərdə futzal üzrə Azərbaycan yığmasının rəisi, 1999-2008-ci illərdə Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti olub. 2008-ci il iyunun 12-də tutduğu vəzifədən istefa verən Ağarza müəllimi fəaliyyətini başa çatdırmağa işlərinin çoxluğu məcbur edib. 2013-18-ci illərdə futzal üzrə ölkə çempionatının oyunlarına hakim-inspektor kimi təyinat alıb. 2018-ci ilin iyulundan AFF-nin İcraiyyə Komitəsinin üzvü idi. Həmçinin son iki ildə Bakı Kəndlər Futbol Federasiyasının vitse-prezidenti təyin olunmuşdu.

Ağarza Rzayev müstəqilliyimizin ilk illərindəki çətin dövrdə, pulsuzluq vaxtı milli komandanın rəisi kimi şəxsi pulunu xərcləyib. Sovet vaxtından etibarən 34 il "İnturist” kimi məşhur mehmanxanada baş aşpazlıqdan inzibatçılığa qədər işləmiş, daha sonra birinci mərtəbədəki restoranın (səhv etmirəmsə, adı "Relax” olub) sahibi olmuşdu. Bir neçə dəfə beynəlxalq səfərlər ərəfəsində milli komanda üçün "İnturist”də toplanış təşkil edib. Rəhmətlik bu barədə müsahibəsində bizə danışmışdı: "Həmin vaxtlarda ölkə çempionatında iddialılardan olan "Avtomobilçi”, "Azərneftyanacaq”, "Neftçi" veteranları birləşdirilərək millimiz formalaşdırıldı. Artıq 1995-ci ildə yığma tarixində ilk dəfə Hollandiyada keçirilən Avropa çempionatının seçmə mərhələsində iştirak etdi. Həmin dövrdə mən yığmanın rəisi, Habil Qurbanov Futzal Komitəsinin sədri, Əbdülqəni Nurməmmədov isə millimizin baş məşqçisi idi. Orda 6 komanda arasında 5-ci olduq. Sonra qərara alındı ki, federasiya təsis olunsun. Mənə təklif etdilər, razılaşdım. Sənədlərimi Ədliyyə Nazirliyinə təqdim etdim və federasiya prezidenti olmağım təsdiqləndi. Uzun illər ərzində ölkə futzalına rəhbərlik etdim. İndi maşallah, AFFA yığmaya hər cür dəstək verir. O vaxt isə futzala baxılmırdı. Öz imkanım daxilində nələrsə etməyə çalışırdım. Ümumiyyətlə, xeyli iş gördük, maraqlı çempionatlar oldu”.

Mərhumun oturub-durduğu, yaxın olduğu futbol adamlarından Ağasəlim Mircavadovun, Rüstəm Rəhimovun, Hacıbala Abdullayevin, Vaqif Davudovun adını çəkə bilərik. Ağasəlim müəllimlə uzun illər dostluq ediblər. Onun vəfatı dostuna pis təsir edib: "Ağarza haqqında yazmaqla çox böyük savab qazanırsız. O, mələk kimi insan idi. Uzun illər bir yerdə olmuşuq. Əvvəl evləri "2-ci Xrebtovı”da idi, sonradan Yasamalda yeni binalara köçdü. 5 qardaş, 1 bacı idilər, qardaşlarından ikisi dünyasını dəyişmişdi. Özünün isə 1 oğlu, 1 qızı var. Allah övladlarına cansağlığı versin. Oğlu ədliyyə sistemində çalışır. Ağarza əsl mömin, xeyirxah, qəlbi təmiz, yardımsevər biri idi. Futbolu, futzalı çox sevirdi. Mən "Spartak”da işləyəndə orda oynayırdı. Ali təhsilli idi, iqtisadiyyatı bitirmişdi. İşi də demək olar, öz sahəsinə yaxın idi. "İnturist”də təşkilati məsələlərə baxırdı. Düzdü, baş aşpaz işləmişdi. Onu da deyim ki, aşpazlığı da əla bacarırdı. Həmin illərdə dünya aşpazları üçün Amerikada keçirilən tədbirdə Azərbaycanı o təmsil etmişdi. Gözəl təşkilatçı idi. O vaxt "İnturist"də keçirilən dövlət səviyyəli tədbirləri o təşkil edirdi. SSRİ vaxtı "Neftçi" ilə qarşılaşmağa gələn komandalar da, adətən, "İnturist"də qalırdı və Ağarza onları qarşılayıb yola salır, qulluq edirdi. Ona görə SSRİ məkanında da onu tanıyır, hörmət edirdilər. Futzal yığmamız da təlim-məşq toplanışını orda keçirir, Rzayev onları yedirib-içirir, səfər xərclərini qarşılayırdı. Dəfələrlə Həcc ziyarətində olmuşdu. 2006-da bir yerdə getmişdik ziyarətə. Mən yoldaşımı da aparmışdım”.

Hacı Vaqif Davudovun Ağarza müəllmlə tanışlığı isə 80-ci illərə təsadüf edib: "Ağarza futbolda ilk addımını Bakının "Spartak” stadionunda məşqçi Ənvər Quliyevin rəhbrəliyi altında atıb. Sonra məşqçi Rafiq Əlizadənin rəhbərliyi ilə Sovetlər birliyinin 9-cu zonasında "Bakılı” komandasında oynayıb. 2018-ci ildə Bakı Kəndlər Futbol Federasiyasının növbəti konfransında biz onu vitse-prezident seçdik. Çox xeyirxah insan idi. Bildiyimə görə, hətta Sovetlər birliyi zamanında çətin də olsa, Həcc ziyarətinə gedib. Alicənab, əməksevər, zəhmətkeş insan idi. Həmişə insanlara faydalı olmağa çalışırdı.

İlk tanışlığımıza gəlincə, o, 1980-ci illərdə "Molodyoj Azerbaydjana” qəzetinin mükafatı uğrunda qış birinciliyində oynamış, mən ona hakimlik etmişəm. Futbolçu kimi də bacarıqlı idi, bir çoxundan fərqlənirdi. Ağarza sakit təbiətli, rəhmli biri idi. Həmişə bizim tədbirlərdə - iclaslardan tutmuş mükafatlanmaya qədər hamısında iştirak edirdi. Sonuncu görüşümüz Banişevskinin xatirə turnirində olmuşdu. Vəfatından 5 gün öncə onunla telefonda danışmışdıq. Aprelin 1-i, ya da 2-si Bayılda görüşəcəkdik. Ayın 29-da hakim Aydın Baxışov mənə zəng edərək, Ağarzanın qəfil ölüm xəbərini çatdırdı. Onun ölümünə çox üzüldüm”.

Sonda Ağarza müəllimin oğlu Məhəmməd bəylə də danışdıq: "Atamın yoxluğu ilə barışmaq çətindi. Onun vəfatı hamımıza pis təsir edib. Sakitcə aramızdan getdi. Ciddi xəstəliyi yox idi. Ayın 29-u günorta vaxtı qəfil dünyasını dəyişdi. Dəstəmaz alıb namaz qılmağa hazırlaşırmış. Evdəkilərə deyib ki, saat "yatıb”, batareya gətirib onu dəyişin. Uşaqlar batareya dalınca gediblər, 5-6 dəqiqə sonra gəlib görüblər ki, dünyasını dəyişib. Məlum vəziyyətə baxmayaraq, yasına xeyli adam gəlmişdi. Zəng vuran, başsağlığı verənlər də çox oldu. Bu, atamın necə sevildiyini, dost-tanışlarının çox olduğunu göstərir. Atam futbolu, futzalı çox sevirdi. 14-15 il futzala, milliyə rəhbərlik edib, qazandığını ora xərcləyirdi. Artıq buna imkanı çatmayanda postundan istefa verdi.
Nəsildə onun yolunu davam etdirən, yəni futbol oynayan yoxdu. Düzdü, bir əmimiz oğlu bir müddət futbolla məşğul olub. Mən isə dövlət qulluğunda çalışıram. Ancaq nəvələri arasında idmançılar var”.
 
MİRAĞA, "Futbol+" 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:35

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X