Futzal üzrə AVRO-2022-nin seçmə qrup mərhələsinin püşkü atılıb.
Fanat.Az saytının məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünüb. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək. Final mərhələsi 2022-ci il yanvarın 9-dan fevralın 6-dək Niderlandda keçiriləcək.
Yığmamız 3-cü qrupda Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi ilə mübarizə aparacaq.
AVRO-2022
Seçmə mərhələ
1-ci qrup: San Marino/Danimarka cütünün qalibi, Xorvatiya, Albaniya, Ukrayna
2-ci qrup: Bolqarıstan/Ermənistan cütünün qalibi, Fransa, Gürcüstan, Rusiya
3-cü qrup: Türkiyə/Yunanıstan cütünün qalibi, AZƏRBAYCAN, Slovakiya, Moldova
4-cü qrup: İngiltərə/Şimali Makedoniya cütünün qalibi, Rumıniya, Serbiya, Bosniya və Herseqovina
5-ci qrup: İsrail/Cənubi Kipr cütünün qalibi, Qazaxıstan, Macarıstan, Belarus
6-cı qrup: İsveçrə/Almaniya cütünün qalibi, İspaniya, Latviya, Sloveniya
7-ci qrup: Monteneqro/Litva cütünün qalibi, İtaliya, Belçika, Finlandiya
8-ci qrup: Polşa, Portuqaliya, Norveç, Çexiya
Oyun günləri
2-11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)
6-9 dekabr 2020
25 yanvar-3 fevral 2021
1-10 mart 2021
5-14 aprel 2021.
Fanat.Az