Futzal üzrə Azərbaycan millisi İranda təşkil olunacaq beynəlxalq turnirə dəvət alıb.
Fanat.Az-ın məlumatına görə, bu barədə İran Futzal Federasiyasının prezidenti Daud Pərhizkar "Tasnim" agentliyinə açıqlamasında bildirib.
O, Azərbaycan Futzal Federasiyasından cavab gözlədiklərini söyləyib: "Hələlik bizə cavab verilməyib. Azərbaycan dəvətimizi qəbul etsə, İraq millisini də bu turnirə cəlb etmək üçün danışıq aparacağıq".
Qeyd edək ki, turnirin fevralda keçirilməsi planlaşdırılır.