12:39 01.02.2021 1048

Rövşən Hüseynli: "Uzaq məsafədən qol vurmağı xoşlayırlar"

Avropa çempionatının seçmə qrup mərhələsinə qələbə ilə start verən millimiz bu gün Yunanıstanla oyun üçün səfərə yollanıb və heç şübhəsiz 3 xal qazanmaq haqda düşünür.
 
Fanat.Az xəbər verir ki, Bakıda Slovakiya yığmasına qarşı keçirilmiş oyun haqda Futzal Federasiyasının mətbuat xidmətinə danışan millinin qapıçısı Rövşən Hüseynli fərqli, bir qədər də qarışıq hisslər yaşadığını bildirib: "11 aydan sonra parket üzərində ilk rəsmi oyunumuza çıxdıq. Fərqli hisslər yaşadıq. Əlbəttə, bunun üzərinə də qələbəni əlavə etsək, bizim üçün yaxşı motivasiya oldu. Beynəlxalq arenada da ilk oyunumu məhz Slovakiya yığmasına qarşı keçirdiyimi nəzərə alsaq, bu komanda ilə hər dueldə sanki debüt edirəmmiş kimi bir hiss yaşayıram. Onu da qeyd edim ki, elə son rəsmi matçımızı da bu milliyə qarşı keçirmişdik. Ötən il Xorvatiyada üz-üzə gəlmişdik və 3:3 hesablı heç-heçə etmişdik”.

Qapıçı bu nəticənin komanda üzvlərinə təsirindən də danışıb: "Qələbə qazanmaq vacib idi. Komanda üzvlərində özünəinamı qaytarmaq baxımından nəticənin böyük təsiri oldu. Həm də qrup liderliyi uğrunda mübarizədə əsas rəqibimiz Slovakiya hesab edilirdi. Onları 4:1 hesabı ilə yenməklə bir addım önə keçdik. Nəticəni asan əldə etmədik. Xüsusilə də yaratdığımız təhlükəli epizodları realizə edə bilmədik. Rəqibin də qol epizodları oldu və bizim kimi onlar da bunu hesaba daşımaqda çətinlik çəkdilər”.

Təcrübəli qapıçı oyunun qırılma anı kimi Qalonun sona 2 dəqiqə qalmış vurduğu qolu qeyd edib: "Həmin qoldan sonra rəqib hesabı bərabərləşdirmək üçün qapıçını meydan oyunçusu ilə əvəzlədi. Bu da bizim işimizə yaradı və səhvlərindən istifadə edib, daha 2 qol vurduq”.

Yunanıstanla oyuna yaxşı hazırlaşdıqlarını da bildirən Hüseynli Bakıdakı uğurlu nəticəni Afinadakı dueldə də əldə etmək istədiklərini vurğulayıb: "Yunanıstan komandası ilə qarşılaşmasaq da, bir-birimizi tanıdığımızı deyə bilərəm. Çünki 3 ay əvvəl onların çempionu olan AEK klubu ilə üz-üzə gəldik. Millinin əsasını bu klubun oyunçuları təşkil edir. AEK-in baş məşqçisi isə həm də yığmanı çalışdırır. Yəni bu klubun oyun dəsti-xətti, istifadə etdiyi standartlar milli ilə eynidir. Bunu Moldova-Yunanıstan görüşündə də gördük. Birəbir epizodlara girməyi, uzaq məsafədən qol vurmağı xoşlayırlar. Heyətlərində hündürboylu oyunçuları var. Müdafiədə boşluqlara yol verirlər. Bundan mütləq istifadə etməliyik. Əlbəttə, Yunanıstan Slovakiya millisi deyil. Ola bilsin, öz meydanlarında tam fərqli oyun izləyək, sürprizlərlə qarşılaşaq. İstənilən halda, səfərə bir məqsədlə yollanacağıq: 3 xal qazanmaq və qrupda birinci pillədə qərarlaşmaq”.
 
Fanat.Az 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X