16:23 27.02.2021 1355

Millimizin kapitanı: "Çatışmayan cəhətlərimiz var"

Təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev federasiyanın saytına müsahibə verib.

- Hazırlıqla bağlı nə deyə bilərsən? Komandada ab-hava necədir?
- üç gündür təlim-məşq toplanışına başlamışıq. Ancaq ondan əvvəl də məşqlər edirdik. Düzdür, toplanış başlasa da, məşqlərdə tam heyətlə iştirak edə bilmirik. Çünki xarici klublarda çıxış edən futzalçılarımızın çempionat oyunları var. Ona görə onlar gec qoşulacaqlar. Bacardığımız qədər baş məşqçinin verdiyi tapşırıqları daha yaxşı şəkildə yerinə yetirməyə çalışırıq. Artıq iki oyun keçirmişik. Qələbə qazansaq da, çatışmayan cəhətlərimiz oldu. İndi həmin "axsamaları” aradan qaldırmalıyıq.

Moldova ilə ardıcıl iki oyun keçirəcəyik. İlk duel bizim meydanda olacaq. Maksimum xal qazanmalı, səfərə yaxşı əhval-ruhiyyədə yollanmalıyıq.

- Baş məşqçinin tələbləri nədir?
- Moldovanın oyununu tam analiz etməmişik. Düzdür, Moldova-Yunanıstan qarşılaşmasını izləmişik. Həmin vaxt bizim üçün Yunanıstana bələd olmaq vacib idi. İndi növbə Moldovaya çatıb. Baş məşqçi tələblərini oyuna yaxın deyəcək. Amma izlədiyimiz həmin qarşılaşmada Moldova yaxşı təsir bağışladı. Hazırkı heyətin üzvləri uzun müddətdir bir yerdə çıxış edirlər. Yaxşı nəticə qazanmaq istəyirlər. Mərkəzdən çox top keçirirlər. Baş məşqçi necə oynamalı olduğumuzu deyəcək.

- Bəs Slovakiya – Moldova oyununu izləmisən?
- Bu oyuna baxmamışıq. Yəqin ki, oyunumuza az vaxt qalmış baxacağıq.

- Bu dueldə qeydə alınan hesabı sürpriz hesab edirsən?
- Nəticə gözlənilməz oldu. Özü də matç Slovakiyada keçirilirdi. Oyun planında da Moldova yaxşı təsir bağışladı. Halbuki biz Slovakiyadan daha fərqli oyun və nəticə gözləyirdik. Slovaklar ilk oyunda bizimlə qarşılaşdılar və yaxşı təsir bağışladılar. Qələbə qazansaq da, nəticəni asan əldə etmədik.

- Analoji sürprizlə millimiz də üzləşə bilərmi?
- Bu oyundur, gərək rəqibi düzgün qiymətləndirəsən, boşluq verməyəsən. Sürpriz hər zaman mümkündür. Vacib olan qrup mərhələsini ilk pillədə başa vurmaqdır ki, biz də bunu əldə etməyə çalışacağıq.

- Bayaq qələbə qazandığımız Slovakiya və Yunanıstanla oyunlarda "axsamalar”ın olduğunu dedin. Hansı məqamları nəzərdə tutursan?
- Pandemiya ilə əlaqədar uzun müddət idi zalda məşq etmirdik. Buna baxmayaraq, iki oyunu itkisiz başa vurduq. Çatışmayan cəhətlərimiz var və onları oyundan oyuna düzəldəcəyik. Sadəcə, onların hansılar olduğunu açıqlamaq istəmirəm.

- Baş məşqçi hər iki oyundan sonra yaradılan epizodları qola çevirə bilməməyinizdən narazı idi..
- Bu onlardan biri idi.

- Baş məşqçi deməsə də, Moldova ilə oyunu izləmisən və hansı güclü tərəflərini qeyd edə bilərsən?
- Çox dinamik komandadır. Topla və ya topsuz fərqi yoxdur, daim hərəkətdə olurlar. Fiziki gücləri çoxdur. Ötürmə edib, dərhal boş mövqeyə açılırlar. Biz də buna qarşı tədbir görəcəyik. Ehtiyac olarsa, birəbir mübarizə aparacağıq. Vacib olan yekunda 3 xalı qazanmaqdır.

- Moldova ilə hər iki oyunda qazanılacaq qələbənin Avropa çempionatının final mərhələsinə qapıları açacağını proqnozlaşdırmaq olarmı?
- Bu iki oyunda qazanılacaq nəticə vacibdir. Qələbələr qazansaq, işimizin öhdəsindən böyük ölçüdə gəlmiş olacağıq. Ondan sonra səfərdə Slovakiya, Bakıda isə Yunanıstan yığması ilə oyunumuz qalır.

- Millinin oyunlarına hər zaman azarkeş marağı böyük olub. Bu cür səssizlik sizi narahat etmir?
- Komandada ruh yüksəkliyini hər zaman üst səviyyədə saxlayan azarkeşlər olur. Doğma meydan amilini də ona görə hiss edirsən. Azarkeşlər bizi ruhlandırır, motivasiya edir, sona qədər mübarizə aparmağa məcbur edir. Mövcud durumla bağlı verilmiş qərarı da anlayışla qarşılamalıyıq. Çünki insan sağlamlığı hər şeydan vacibdir. Məcburiyyətdən bizi ekran qarşısında izləməli olan azarkeşlərimiz bilsin ki, onların yeri hər zaman görünür.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X