12:37 03.03.2021 1144

Millimizin üzvü: "Onlarsız mübarizə aparmaq çox çətindir"

"Çempionat oyunları ilə əlaqədar millinin toplanışına gec qoşulduq. Ancaq hər şeyin qaydasında olduğunu deyə bilərəm. Uşaqların əhval-ruhiyyəsi yüksəkdir. Çünki əvvəlki iki oyunda maksimum xal qazanmışıq. Bundan başqa, komanda olaraq demək olar, hər gün məşq edirik”.

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Eduardo Borges Moldova ilə keçirəcəkləri Avropa çempionatının seçmə qrup oyunlarından əvvəl azfutzal.az-a açıqlamasında deyib. Hazırda karyerasını Fransanın ACCES klubunda davam etdirən təcrübəli müdafiəçi rəqibi dəyərləndirərkən, diqqətli olmağın vacibliyini vurğulayıb: "Moldova millisi güclü komandadır. İldən-ilə daha yaxşı oynayır, nəticələrini yaxşılaşdırırlar. Xüsusilə də onların Slovakiya ilə son matçda heç-heçə etməsi bizim üçün bir siqnaldı. İndi Moldova millisinin 4 xalı var və bizim ən yaxın izləyicimizdir”.

Eduardo azarkeşsiz oyunların daha çətin keçdiyini də əlavə edib: "Biz azarkeşlər üçün oynayır, oynlar üçün qol vururuq. Onlarsız mübarizə aparmaq çox çətindir. Çox istərdik ki, onlar tribunalardakı yerlərini tutsunlar, komandamızı dəstəkləsinlər, oyunçuları daha da coşdursunlar, oyuna rəng qatsınlar. Niyə belə alındığını isə izah etməyə ehtiyac yoxdur. Səbəbini hamı bilir. İnsan sağlamlığı hər şeydən vacibdir. Ümid edək ki, qısa vaxtda pandemiya başa çatacaq və həyat öz axarına qayıdacaq, azarkeşlərimiz də arzuladığımız yerdə olacaqlar”.

O, iki oyunu maksimum nəticə ilə başa vuracağı təqdirdə millinin Avropa çempionatına vəsiqə əldə edəcəyinə əmin olduğunu gizlətməyib: "Əlbəttə, asan olmayacaq. Ancaq bunu bacarmaq üçün hər gün çalışırıq. Vəsiqəni vaxtından əvvəl qazanmaq üçün potensialımız da var. Sadəcə, ehtiyatlı olmalı, hər oyunun tapşırığını düzgün yerinə yetirməliyik. Ani səhv, saymazlıq komandaya baha başa gələ bilər”.

Borges UEFA Çempionlar Liqasının oyununda İspaniya "Barselona”sının qapısına vurduğu qoldan da danışıb: "Həqiqətən də maraqlı, baxımlı qol alındı. Ümumiyyətlə, bütün qollar vacibdir. Çünki məhz vurduğun qollar səni qələbəyə daşıyır. Ancaq "Barselona” kimi tarixi və çoxsaylı titulları olan komandanı məyus etmək bir başqadır. Bu komanda Avropada yox, dünyada tanınan, seçilən rəqibdir. Həmin qolu "tarixi qol” da adlandırmaq olar”.

Qeyd edək ki, Azərbaycan millisi Moldova ilə ilk görüşünü martın 4-də Bakı İdman Sarayında keçirəcək. Bu komandalar martın 9-da Çoreskuda yenidən üz-üzə gələcəklər.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

12:46

Leau "Milan" azarkeşləri ilə vidalaşdı: "Mən klub tarixinin bir hissəsi olaraq qalacağam"

12:10

Cengiz Ünderin yeni klubu bəlli oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X