09:54 05.03.2021 1177

Millimizin oyunçusu: "Səfərdən 3 xalla dönməliyik”

"Əvvəldə bir qədər çətinlik yaşadıq. Ancaq oyuna başlayan "dördlüy”ümüz yaxşı müdafiə olundu. Əslində, həmin "dördlük” güclü oyunçularımızdan qurulub. Onlar tapşırıqları yerinə yetirdilər”.

Fanat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futzalçısı Fineo De Araujo evdə Moldova yığmasına 5:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə qrup oyunundan sonra azfutzal.az-a açıqlamasında deyib.

İlk qolun müəllifi bütün topların ikinci "dördlük" tərəfindən vurulduğunu xatırladıb. O, dəyişikliyin oyunu daha da inkişaf etdirdiyini vurğulayıb: "İkinci "dördlük” də işinin öhdəsindən gəldi. Müdafiə ilə bərabər, hücumlar qurduq. Nəticədə hesabı açdıq. Əlbəttə, bu qələbə komanda əməyinin məhsuludur”.

Hücumçu millidə sonuncu qolunu illər əvvəl yoldaşlıq matçında vurduğunu, dönüşünü yenidən qolla qeyd etməyin isə psixoloji baxımdan əlavə üstünlük qazandırdığını bildirib: "Latviya ilə yoldaşlıq oyununda qol vurmuşdum. Ondan sonra zədələndim, toplanışlarda və millinin görüşlərində iştirak edə bilmədim. Əlbəttə, dönüşünü qolla qeyd etmək müsbət emosiya yaradır. Bu səviyyəyə çatmağımda millinin həkiminə, fizioterapevtinə təşəkkür edirəm. Baş məşqçi şans verdi və mən də üzərimə düşəni etdim".

Araujo "hesabla oyun düz mütənasib təşkil edirmi” sualına belə cavab verib: "Təbii ki, hər bir oyundan əvvəl görüşə maksimum konsantrasiya olmağa, rəqibi kiçiltməməyə çalışırsan. Moldovanın xüsusən Slovakiya ilə oyunda qollu heç-heçə etməsi bizi də düşündürürdü. Top fərqinin bu qədər olması asan qələbə qazandığımız anlamına gəlməməlidir. Ancaq bir neçə epizod oldu ki, onları da qola çevirməli idik”.

Növbəti oyun haqqında da nikbin danışan futzalçı diqqətli olmağın vacibliyini vurğulayıb: "Rafael Vilela cəzalı vəziyyətə düşüb, bizim üçün çətin olacaq. O, həqiqətən də güclü oyunçudur. Fərqli görüş olacaq. Biz bu dəfə qonaq qismində meydana çıxacağıq. Bakıdakından da yaxşı oynamalıyıq. Məqsəd isə dəyişməyəcək – səfərdən 3 xalla dönməliyik”.
 
Fanat.Az 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

12:46

Leau "Milan" azarkeşləri ilə vidalaşdı: "Mən klub tarixinin bir hissəsi olaraq qalacağam"

12:10

Cengiz Ünderin yeni klubu bəlli oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X