Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxışını başa vuran "Araz" hələ Bakıya qayıtmayıb.
Fanat.Az-ın məlumatına görə, qrup ikincisi kimi əsas mərhələyə vəsiqəni təmin edən təmsilçimiz Latviyadan avqustun 27-də dönəcək. Komandanın üzvləri üçün iki gün sonraya göri dönüş bileti alınıb.
"Araz" Azərbaycana qayıtdıqdan sonra iki gün - həftəsonu istirahət edəcək. Növbəti həftənin ilk günündən isə komanda Yüksək Liqanın ilk turunun hazırlıqlarına start verəcək.
Mirağa