Yüksək Liqada iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin üzvləri üçün seminar keçirilib.
Fanat.Az xəbər verir ki, millinin üzvlərinə futzal hakimləri üzrə koordinator Elçin Məmmədov qaydalardakı (Əsasnamə və ya Oyun Qaydaları) dəyişikliklər, təlimatlardakı əlavələr barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, bundan əvvəl EKOL komandası üçün seminar təşkil olunmuşdu.