Futzal üzrə Yüksək Liqanın 2021-2022-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu haqda Futzal Federasiyasının rəsmi saytı açıqlama yayıb.
Mərasim sentybarın 16-da, saat 12:00-da Bakı İdman Sarayının konfrans salonunda təşkil olunacaq. Yeni mövsümə isə sentyabrın 24-də start veriləcək.
Qeyd edək ki, Yüksək Liqanın yeni mövsümündə iştirak üçün 8 komanda - “Araz-Naxçıvan”, “Neftçi” İK, EKOL, “Rekord club az”, “Alyans” FK (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19 - qeydiyyatdan keçib.