18:04 01.09.2021 634

Rizvan Fərzəliyev: \"Rekordçu olmaq istəyirəm\"

Bu gün futzal üzrə Azərbaycan millisinin və “Araz”ın (Naxçıvan) kapitanı Rizvan Fərzəliyevin doğum günüdür. 

Fanat.Az xəbər verir ki, uzun müddətdir hər iki komandanın kapitan sarğısını daşıyan 42 yaşlı futzalçı həm də avqustun 24-də özü üçün daha bir uğuru rəsmiləşdirib. 
 
Belə ki, təcrübəli Fərzəliyev həmin gün “Raba” ilə matça çıxmaqla UEFA Çempionlar Liqasında 69-cu oyununu rəsmiləşdirdi və bu göstəricidə Lusionun rekordunu təkrarladı. Kapitan futzal federasiyasının mətbuat xidmətinə açıqlamasında həmin 69 oyunun bir neçəsini xatırlamağa çalışıb:
 
* UEFA Çempionlar Liqasında debüt oyunum 2003-cü ildə olub. Həmin vaxt yarış UEFA kuboku adlanırdı. AMMK-nın heyətində Latviyada “Oma” ilə matça çıxdım. Əlbəttə, ilk dəfə iştirak etdiyim turnirin həyəcanı var idi. Buna baxmayaraq, hesab yadımda qalmasa da, məğlub olmamışdıq (oyun 3:3 hesabı ilə yekunlaşıb). Qismətdən, rekordu təkrarlamağım da Latviya çempionu ilə dueldə baş tutdu.
 
* 69 oyunun hər biri maraqlıdır. Xüsusi fərqləndirməyə qalsa, 2010-cu ildə UEFA kubokunun “Dördlər finalı”nda “Araz-Naxçıvan”ın heyətində bürünc medal uğrunda oyuna çıxdıq. İtaliya çempionu “Luparense” ilə matç heç-heçə başa çatsa da, penaltilər seriyasında biz dəqiq oynadıq və klub səviyyəsində ilk medalımızı qazandıq. Buna qədər keçirilmiş oyunlarda da qollar vurmuşdum. Ancaq həmin qarşılaşmada sonuncu penaltini dəqiq yerinə yetirməklə komandamıza qələbə qazandırmağın sevinci bir başqadır. 
“Barselona” ilə ilk oyunumuzu da yaddan çıxarda bilmərəm. Hər zaman böyük futbolda bu komandanın adı gələndə həyəcanlanırdıq. Bu dəfə futzalda "Barselona" rəqibimiz oldu. Məncə, klub səviyyəsində ilk sürprizim bu komandaya qarşı oynamaq oldu. Özüm də böyük futbolda “Barselona”ya simpatiya bəsləyirəm. Təsəvvür edin, belə məqamda həmin klubun futzal komandası ilə rəqib olursan. 
 
* “Raba” ilə görüşdən əvvəl neçə matç keçirdiyimi bilmirdim. Yalnız oyun başa çatdıqdan sonra UEFA-nın göstəricisini öyrəndim. Əlbəttə, sevindirici məqamdır. Ancaq komandamın uğuru daha önəmlidir. İstərdim ki, əsas mərhələdə də komandama kömək edim. Allah zədədən uzaq eləsin. Bu götəricini daha da yaxşılaşdırmaq arzumdur.
 
* Rekordunu təkrarladığım Lusio Belçika millisinin üzvü idi. Braziliya əsilli futzalçıya qarşı oynamışam. Bu görüş 2006-cı ildə baş tutub. Oyun rəqibin 6:4 hesablı qələbəsi ilə başa çatmışdı. Onda mən “Araz-Naxçıvan”da çıxış edirdim. Elit-raundun matçı idi. Səhv etmirəmsə, Lusio artıq karyerasını başa vurub. Oktyabrda bu göstəricidə rekordçu olmaq istəyirəm.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

17:26

Birinci Liqa: 24-cü turun oyunlarının başlama vaxtları açıqlandı

17:04

İkinci Liqa: Lider təqibçisini yendi

16:52

Daha iki futbolçunun adı İPL-in Şöhrət Zalına daxil edildi

Facebookdan bizi izləməyi unutmayın.
X