19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunları çərçivəsində bu gün Qırğızıstanla görüşə baş məşqçisiz çıxıb.
Fanat.Az-ın məlumatına görə, buna səbəb baş məşqçi Ağatahir Əzimovun sentyabrın 6-da Belarusla görüşdən sonra hakimlərə yaxınlaşaraq onlara sərt etiraz bildirməsi olub.
Ədalət təmsilçiləri aqressiv məşqçiyə qırmızı vərəqə göstərməli olub.
Belədə cəzalı Əzimov bugünkü görüşdə texniki zonada yer almayıb.
Qeyd edək ki, U-19 ilk oyunda Belarusa biabırçı hesabla (0:6) uduzub.
Mirağa