İkinci Liqada I turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, mövsümün ilk qələbəsini “Advokat” qazanıb.
“Zülfüqar” – “Hövsan” görüşü isə matçın başa çatmasına 1 dəqiqə qalmış yarımçıq dayandırılıb. Buna səbəb hakimin qırmızı vərəqə göstərdiyi "Zülfüqar"ın oyunçusunun meydanı tərk etməməsi olub. Belədə ədalət təmsilçisi qarşılaşmanı yarımçıq dayandırmalı olub.
Bu qarşılaşmanın nəticəsi ilə bağlı İntizam Komitəsi qərar veriəcək.
Baş tutan oyunların nəticələrini təqdim edirik:
12:00. Advokat – Timsport 6:2
13:00. Borçalı – Dalğa 6:4
14:00. Baku Fire-3 – İSMA Baku 5:2
15:00. Xan Lənkəran – Rəvan 4:4
16:00. Baker Tilly – Bibi-Heybət 2:1
18:00. Star Karqo-2 – Atletiko Baku 5:8