Futzal üzrə Yüksək Liqada “yay transfer pəncərəsi” bağlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti açıqlama yayıb.
Komandaların oktyabrın 10-u saat 23:59-dan etibarən transfer həyata keçirməsi mümkün olmayacaq.
Birinci və İkinci liqalarda bu müddət oktyabrın 20-də başa çatacaq. “Qış transfer pəncərəsi”nin müddəti barədə məlumat veriləcək.