Futzal üzrə FIFA refersisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Əmiraslanov qadınlardan ibarət komandalar arasında Avropa çempionatının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında iştirak edəcək.
Ukrayna, Finlandiya, Çexiya və Belçika milli komandalarının mübarizə aparacağı qrupun oyunları 20 - 25 oktyabrda Ukraynada təşkil olunacaq.