Futzal üzrə İkinci Liqada II turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, ən məhsuldar görüşdə 17 qol vurulsa da, ən böyük hesablı qələbəni “Rəvan” qazanıb.
Hazırda çempionatda üçhakimiyyətlikdir. Belə ki, iki turdan sonra 14 komandadan yalnız üçü - "Atletiko Baku", "Advokat" və "Baker Tilly" büdrəməyib.
Turun nəticələrini diqqətinizə çatdırırıq:
Rəvan – Zülfüqar 8:2
Hövsan – Star Karqo-2 7:10
Atletiko Baku – Timsport 6:1
Bibi-Heybət – Xan Lənkəran 2:4
İSMA Baku – Borçalı 4:0
Advokat – Baku Fire-3 4:2
Dalğa – Baker Tilly 2:4