14:41 25.10.2021 840

Hacıbala Abdullayev "Araz-Naxçıvan"ın şansını dəyərləndirdi: "... finala bərabər olacaq"

"Araz-Naxçıvan" Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək üçün sabah Ukraynaya yola düşəcək. Təmsilçimiz yer aldığı 6-cı qrupda ilk matçını oktyabrın 28-də meydan sahibi "Uraqan"a qarşı keçirəcək. Ertəsi gün “Yunayted Qalati” (Rumıniya) komandası ilə qarşılaşacaq Azərbaycan çempionu ayın 31-də “Liqeni” (Kosovo) ilə münasibətlərinə aydınlıq gətirəcək. Yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.

Fanat.Az Joze Alesio Da Silvanın yetirmələrinin şansları barədə təcrübəli futzal mütəxəssisi Hacıbala Abdullayevin fikirlərini öyrənib.

Millidə braziliyalının köməkçisi olan Abdullayev "Araz-Naxçıvan"ın turnirə yaxşı formada yollandığını vurğulayıb:   

"Çempionlar Liqasının ilk mərhələsində bir az ehtiyatlanırdıq. Çünki pandemiya dövründə zalların bağlı olması böyük problemlər yaratmışdı. Millinin dünya çempionatındakı uğursuzluğu bununla bağlı idi. Düzdür, "Araz-Naxçıvan" ÇL-ə başlayanda məşqlərə icazə verilmişdi. Amma komanda çoxdandı bir yerdə oyun keçirməmişdi. Bir oyun beş məşqə bərabərdir. Yaxşı ki, qrup ikincisi kimi də olsa, əsas mərhələyə vəsiqə qazana bildilər. İndi çempionatda artıq bir neçə tur oynanılıb. Yüksək Liqada dörd komanda var ki, güclüdür və "Araz-Naxçıvan"la rəqabət apara bilir. EKOL, "Baku Fire", "Rekord club.az" və "Neftçi İK"-in sayəsində çempionatın səviyyəsi yüksəkdir. Bu o deməkdir ki, çempionumuz da formadadır. Üstəlik, heyət güclənib. Braziliyalılar komandaya tam uyğunlaşıblar. David Qustavo ÇL-də debüt edəcək. Maneka, Felipinyo və Murilo Borgesin isə artıq təcrübəsi var. 

Rəqiblərə gəlincə, ilk oyun Ukrayna təmsilçisinə qarşı olacaq. "Uraqan" ÇL-də oynamış kollektivdir, Ukraynanın məşhur komandasıdır. Üstəlik, meydan amili də onların lehinə sayılmalıdır. Belə deyim, ilk oyun bizim üçün finala bərabər olacaq. Rumıniya təmsilçisi "Yunayted Qalati"yə və Kosovo komandası "Liqeni"yə də yuxarıdan aşağı baxmamalıyıq. Joze Alesio Da Silva təcrübəli məşqçidir və inanmıram bu məqamları gözdən qaçırsın. Onun bəlli sistemi var. Əminəm ki, "Araz-Naxçıvan" Ukraynada uğurlu çıxış edərək başda federasiya prezidenti Zaur Axundov olmaqla, bütün futzal ictimaiyyətini sevindirəcək".

Təcrübəli mütəxəssis millinin Avropa çempionatının final mərhələsindəki rəqibləri barədə də danışıb:

"Ötən həftə püşkatma baş tutdu və rəqiblərimizi tanıdıq. Bəziləri yığmamızın yer aldığı qrupu rahat hesab edir, amma bu, belə deyil. İspaniyanın gücü hər kəsə bəllidir. Gürcüstanın heyəti braziliyalılardan təşkil olunub və onların sayəsində final mərhələsinə vəsiqə qazandılar. Bosniya və Hersoqovina da digər keçmiş Yuqoslaviya təmsilçiləri kimi futbol, futzal ölkəsidir. İndidən özümüzü 1/4-də görməməliyik. Təbii ki, milli ilə bağlı üstünlərimiz var. Ölkədən kənarda çıxış edən oyunçularımız var. Hansı ki, güclü çempionatlarda top qovurlar. Qallo, Tyaqo və digərləri milliyə faydalı oyunçulardır. Çalışıb qrup birincisi olmalıyıq. Belədə digər qrupda ikinci yeri tutan komanda ilə qarşılaşacağıq. Niyə də birinci olmayaq? İspaniya ilə əvvəllər də qarşılaşmışıq. Ümumiyyətlə, İspaniya, Portuqaliya, İtaliya, Rusiya kimi nəhənglərin hamısı ilə oynamışıq. Yəni çəkinməyə dəyməz. Dünya çempionatından sonra İspaniyada nəsildəyişmə gedə bilər. Çünki uğur qazana bilmədilər. Baxmayaraq ki, Avropada yeddiqat çempiondular. Amma DÇ-də 1/8-də mübarizəni dayandırdılar. İlk turda Gürcüstanla qarşılaşacağıq. Çalışıb elə ilk turdan top fərqi ilə onlardan irəlidə olaq. Belədə ikinci oyunda onlarla heç-heçə də bizi qane edəcək. Belədə son turda bosniyalılarla buna uyğun taktika seçmək olar. Ümumiyyətlə, qrupdan çıxacağımıza, 1/4 finala adlayacağımıza inanıram. Əks halda, bu, uğursuzluq olar".     

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un favoritlərini açıqladı

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

Facebookdan bizi izləməyi unutmayın.
X